20 
12
21
19:00
264

Yanlış yazılmış protokola xitam verildi - VİDEO

20, 12, 21
19:00
264

Yanlış yazılmış protokola xitam verildi - VİDEO

İzləyicimizin Patrul.az qaynar xəttinə müraciəti əsasında bildirmişdik ki, artıq üçüncü dəfədir ki, BNA əməkdaşları dayanma-durma qaydalarını pozan #90EK840 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü əvəzinə #90EK940 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə elektron qaydada protokol tərtib edirlər. Xəbərdən sonra sürücü Şükürov Vüsal Camalxan oğlu qaynar xəttimizlə əlaqə saxlayıb bildirdi ki, xəbər patrul.az tərəfindən ictimailəşdirildikdən sonra BNA rəsmiləri onunla əlaqə saxlayıb və uyğunsuzluq aradan qalxıb.

İnanırıq ki, agentlik əməkdaşları bundan sonra belə məsələlərdə daha diqqətli olarlar.

Bizimlə əlaqə saxlayın

birbank