20 
12
21
17:31
180

Ən sadə qaydaları bilməyən operativ nəqliyyat vasitəsi sürücüləri - VİDEO

20, 12, 21
17:31
180

Ən sadə qaydaları bilməyən operativ nəqliyyat vasitəsi sürücüləri - VİDEO

Patrul.az qaynar xəttinə göndərilən videogörüntüdə #10PF342 dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobilinin sürücüsünün səs siqnalını və sayrışan işıqlarını qoyduğu halda tam sürətlə hərəkət edə bilməməsi öz əksini tapır. Səbəblərdən biri odur ki, #990S101 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ona yol vermir.

Xatırladaq ki, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində 3 cərimə balı və 100 manat məbləğində cərimə nəzərdə tutulub. Ancaq cərimədən, yazılı qanundan da daha vacibi odur ki, belə nəqliyyat vasitələrinə yol vermək, tez keçmələrinə şərait yaratmaq insanlıq borcudur. Çünki hər gecikən saniyə insan həyatının itirilməsi hesabına başa gələ bilər. Ancaq fikir verdinizsə təcili tibbi yardım avtomobilinin tam sürətlə hərəkət edə bilməməsinə səbəblərdən biri kimi ona yol verməyən avtomobili qeyd etdik. Çünki əsas səbəb daha başqadır. Əsas səbəb isə ondan ibarətdir ki, təəssüf ki, biz əksər vaxt yollarda operativ nəqliyyat vasitələri, səs siqnalını və sayrışan işıqlarını qoşduğu halda polis, fövqəladə hallar, təcili tibbi yardım, inkasator və s. sürücülərinin ən primitiv qaydalardan xəbərsiz olduğunu görürük. Belə sürücülərə təlim keçirilmirmi? Ən vacib qaydalar, təhlükəsizlik prosedurları öyrədilmirmi? Heç olmasa özləri internetdə belə videoları izləyib necə hərəkət etməli olduqlarını öyrənmirlərmi?

Sırf elə bu videoda iki zolaqlı yolda təcili tibbi yardım avtomobili sürücüsü sol zolaqla hərəkət edib bütün avtomobillərin sağa keçərək ona yol verməsini tələb edir. Lakin belə sürətli hərəkətdə bu bütün sürücülər üçün geri dönüşü olmayan təhlükə yaratmaqdır. Çünki belə sürətdə sağa yerdəyişmə edən sürücü sağdakı avtomobillə toqquşa bilər. Ancaq operativ nəqliyyat vasitəsinin sürücüsü iki zolağın ortasına daxil olmalıdır və bu zaman çox rahatlıqla sağ zolaqdakı sürücü sağa, sol solaqdakı sürücü sola meyl etməklə onun hərəkət etməsi üçün kifayət qədər geniş zolaq yaradır. Operativ nəqliyyat vasitəsi sürücüsü də vaxtında getməli olduğu yerə çatır. Təbii ki, belə hallar zamanı iki zolaqlı yolun ortası ilə hərəkət edib onu üç zolağa çevirən #99RE346 dövlət qeydiyyat nişanlı avtomobillərin sürücüləri kimiləri böyük əngəl törədir. Onların zolaqda belə yerləşməsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində 40 manat cərimə nəzərdə tutulub.


Bizimlə əlaqə saxlayın

birbank