17 
12
21
19:55
253

Növbəti avtoxuliqan və avtoxuliqanlıq təbliğatçısı - VİDEO

17, 12, 21
19:55
253

Növbəti avtoxuliqan və avtoxuliqanlıq təbliğatçısı - VİDEO

Heç şübhəsiz ki, yol hərəkəti qaydalarının,  qanunların yazılmasında başlıca məqsəd insanların, hərəkət iştirakçılarının təhlükəsizliyi nəzərdə tutulub. Lakin təəssüf ki, hələ də bu qanunları ən kobud şəkildə pozan, pozmağı ilə fəxr edən, sosial şəbəkələrdə paylaşıb təbliğatçısı olanlara qarşı aparılan mübarizə bəzilərinə ibrət olmur. Elə "facebook" sosial şəbəkəsində "Resad Abbasov" profilinin sahibi də təəssüf ki, belə sürücülərdəndir. Ən təəssüf edici məqam odur ki, Rəşad Abbasovun paylaşımları demək olar iki qismə bölünüb. Onun hərbi formada olan şəkilləri, hərbə id paylaşımları və avtoxuliqanlıq etdiyi görüntülər. Axı hərbiçilər başqa peşə sahiblərinə nisbətən daha dissiplinli,  nizam-intizamlı, nümunəvi davranış sərgiləməlidirlər. Lakin Rəşad Abbasov ona məxsus olan #99OH107 dövlət qeydiyyat nişanlı "Chevrolet Cruze" markalı avtomobili ilə ölkənin müxtəlif yollarında özünə və digər hərəkət iştirakçılarına təhlükə yaşadıb, etdiklərini sosial şəbəkələrdə paylaşmaqla onu təbliğ edir. O yüksək sürətlə ziqzaqvari hərəkətlər edir, avtomobilləri gah sağdan,  gah soldan ötür, svetoforun qırmızı işığında dayanmadan hərəkəti davam etdirir və daha nələr-nələr.

Patrul.az olaraq inanırıq ki, bu sürücü başda özünün və digər hərəkət iştirakçılarının həyatına, əmlakına zərər vurmamış aidiyyatı orqanlar bu sürücü barədə qanunamüvafiq tədbirlər görərlər.

Bizimlə əlaqə saxlayın

birbank