16 
12
21
11:35
269

Baş Dövlət Yol Polisi İdarəsi Qusarda məktəblini mükafatlandırıb - FOTO

16, 12, 21
11:35
269

Baş Dövlət Yol Polisi İdarəsi Qusarda məktəblini mükafatlandırıb - FOTO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 2021-ci il üçün elan etdiyi “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində ikinci yeri tutmuş Qusar rayon sakini  Azad Əliyevi mükafatlandırılıb.


Bu barədə PATRUL.AZ-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.


Müsabiqə iştirakçısının mükafatlandırılması münasibətilə Qusar rayon 4 nömrəli tam orta məktəbində keçirilən tədbirdə diqqətə çatdırılıb ki, müsabiqə “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda təbliğatla bağlı nəzərdə tutulmuş tədbirlər çərçivəsində cari ilin oktyabr-noyabr aylarında təşkil olunub. Uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, onların yol hərəkəti qaydaları haqqında biliklərinin artırılması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyə nail olmaq məqsədilə keçirilmiş müsabiqəyə respublikanın 43 şəhər və rayonundan 335 rəsm əsəri təqdim edilib. 


Sonra  Qusar RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin Baş Dövlət Avtomobil müfəttişi, polis mayoru  Natiq  Müzəffərov müsabiqədə ikinci yeri tutmuş Azad Əliyevə  hədiyyələr və DİPLOM  təqdim edib.


Tədbirdə çıxış edərən Rayon Təhsil Şöbəsinin nümayəndəsi, uşaq və yeniyetmələrin yol hərəkəti qaydaları haqqında biliklərinin artırılmasında belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib və müsabiqənin təşkilatçılarına minnətdarlığını bildirib.









Bizimlə əlaqə saxlayın

birbank