03 
12
21
14:43
193

Bakını bir-birinə qatan sürücü tutuldu: Narkotik qəbul edibmiş - VİDEO

03, 12, 21
14:43
193

Bakını bir-birinə qatan sürücü tutuldu: Narkotik qəbul edibmiş - VİDEO

Bakıda yol-nəqliyyat hadisəsi törədən sürücü saxlanılıb.

Bu barədə PATRUL.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 1-də saat 21 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Xanmirzəyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə “Mercedes-Benz” markalı iki maşını vurub qaçmaq istəyərkən 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun noyabrın 28-də rayon ərazisindəki evlərin birindən 1 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.




 

Bizimlə əlaqə saxlayın

birbank