12 
11
21
18:13
292

Bakının mərkəzində yol polisini maşınla vurub qaçdılar - VİDEO

12, 11, 21
18:13
292

Bakının mərkəzində yol polisini maşınla vurub qaçdılar - VİDEO

Bakı şəhərində yol polisi əməkdaşı avtomobillə vurulub.

PATRUL.AZ “oxu.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Rəşid Behbudov küçəsində baş verib.

Polis sürücüyə “saxla” əmri versə də, o, əmrə tabe olmayıb. Nəticədə sürücü polisi vuraraq ərazidən qaçıb.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, məsələ barədə ərazi polis idarəsi üzrə araşdırma aparılır: “Məsələyə hüquqi qiymət veriləcək”.

O qeyd edib ki, polis əməkdaşına tibbi yardım göstərilib: “Vəziyyəti qənaətbəxşdir”.




 

Bizimlə əlaqə saxlayın

birbank