11 
11
21
20:00
437

"Təkər yandıran" motosiklet sürücüsü həbs olundu - VİDEO

11, 11, 21
20:00
437

"Təkər yandıran" motosiklet sürücüsü həbs olundu - VİDEO

Zəfər Günü keçirilən tədbirlərdə təəssüf ki, xoşagəlməz hallar da yaşandı. Yəqin ki, motosikletlə "təkər yandıran" və polisin yaxınlaşıb saxladığı sürücü yadınızdadır. Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli "PATRUL.AZ"a bildirib ki, toplanmış materiallar aidiyyatı üzrə məhkəməyə göndərilib  və sürücü Hidayətzadə Əli barəsində 15 sutka həbs qərarı verilib. Araz Əsgərli bir daha sürücüləri qaydalara əməl etməyə,  idarə etdikləri nəqliyyat vasitələrini təyinatı üzrə istifadə etməyə səsləyib. Sürücü özü etdiyi əməldən peşman olduğunu, bu əmələ ətrafdakı insanların təkidi ilə yol verdiyini bildirib.

Bizimlə əlaqə saxlayın

birbank