05 
11
21
11:00
203

Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub

05, 11, 21
11:00
203

Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub

Gədəbəy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan PATRUL.AZ-a verilən məlumata görə, rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.


Dayanma-durma qaydalarını kobud şəkildə pozan 19 sürücü barəsində inzibati protokollar tərtib olunub.


Bizimlə əlaqə saxlayın

birbank