23 
12
19
15:14
336

Yol polisi nömrəni çirkli saxlayan sürücülərə xəbərdarlıq etdi - VİDEO

23, 12, 19
15:14
336

Yol polisi nömrəni çirkli saxlayan sürücülərə xəbərdarlıq etdi - VİDEO

Hər bir sürücü idarə etdiyi nəqliyyat vasitəsinin dövlət nömrə nişanının görünməsi üçün onu təmiz saxlamalı və yolboyu bunu təmin etməlidir. patrul.az xəbər verir ki, bu, qanunvericiliyin tələbidir. Lakin hər il payız-qış aylarında bəzi sürücülər avtomobilin nömrə nişanını çirkli saxlayır, bəziləri isə bunu qəsdən edir ki, radar və kameralar onun qayda pozuntularını qeydə ala bilməsin.

Xatırladırıq ki, İnzibati Xətalar Məcəlləsinin 342.1.7 maddəsinin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

Bütün bunları nəzərə alaraq Baş Dövlət Yol Polisi İdarəsi nömrənin təmiz saxlanılmasına dair videomüraciət hazırlayıb. Sürücülərin maarifləndirilməsi məqsədilə hazırlanan videonu təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

birbank