08 
10
21
11:20
170

Biləsuvarda yol hərəkəti qaydalarını pozan sürücülər və piyadalar cərimələniblər

08, 10, 21
11:20
170

Biləsuvarda yol hərəkəti qaydalarını pozan sürücülər və piyadalar cərimələniblər

Yol hərəkətinin təhlükəsizliyinin təmini, xüsusilə də yollarda piyadaların həyat və sağlamlığının qorunması, o cümlədən piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən tədbirlər davam etdirilir. Bu istiqamətdə təşkil olunan növbəti tədbirlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar aşkarlanıb.


Dövlət yol polisi əməkdaşları tərəfindən həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb və bir daha izah edilib ki, yolu piyada keçidindən deyil, piyadalar üçün nəzərdə tutulmayan yerlərdən keçməklə onlar öz həyatlarını təhlükəyə atmaqla bərabər digər hərəkət iştirakçıları üçün də maneə və çətinlik yaratmış olurlar. 


Tədbirlər zamanı həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən edilib və onların hər biri barəsində qanunamüvafiq tədbirlər görülüb.  

Bizimlə əlaqə saxlayın

birbank