06 
10
21
12:11
193

Gəncədə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub

06, 10, 21
12:11
193

Gəncədə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan PATRUL.AZ-a verilən məlumata görə, şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.


Dayanma-durma qaydalarını kobud şəkildə pozan 39 sürücü barəsində inzibati protokollar tərtib olunub.





Bizimlə əlaqə saxlayın

birbank