01 
10
21
19:06
179

Növbəti qayda pozanlar silsiləsi - VİDEO

01, 10, 21
19:06
179

Növbəti qayda pozanlar silsiləsi - VİDEO

Patrul.az qaynar xəttinə növbəti qayda pozan sürücülərin videogörüntüləri göndərilib. 

#99NG628 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü  27 sentyabr, 11:16 radələrində Biləcəri qəsəbəsində 1.1 xəttinin tələbini pozaraq tam olaraq əks yola çıxıb və axının qarşısını kəsib.

#10NZ006 DQN-lı avtomobilin sürücüsü Əhməd Rəcəbli və Fətəli Xan Xoyski küçələrinin kəsişməsində əvvəlcə avtomobus zolağında hərəkət edib, daha sonra ən sağ zolaqdan birbaşa sola dönmə edib. Halbuki həmin hissədə yalnız düzünə və sağa getməyə icazə var, sola dönmək qadağandır.  

#99EK558 DQN-lı avtomobilin sürücüsü Ukrayna dairəsində təhlükəsizlik adasının tələbini pozmaqla bərabər, manevr edərkən digər avtomobilə təhlükə yaşadıb. 

#99JN116 DQN-lı avtobusun sürücüsü  21 sentyabr,  18:11 radələrində, Sabunçu qəsəbəsində  1.3 nişanlanma xəttinin tələbini pozaraq tam olaraq qarşı yola çıxıb və axının qarşısını kəsib. 

#04BG850 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü 13 sentyabr,  17:49 radələrində Şamaxı-Bakı yolunda yolun sol hissəsi ilə, axına qarşı hərəkət edib.

Bizimlə əlaqə saxlayın

birbank