29 
09
21
17:33
212

Həyətdən çıxan avtomobil sürət həddini aşıb? - VİDEO

29, 09, 21
17:33
212

Həyətdən çıxan avtomobil sürət həddini aşıb? - VİDEO

İzləyicimiz Mustafa Həsənov Patrul.az qaynar xəttinə yazıb ki, öz "asanpay.az" elektron portalında qayda pozuntusu etdiyinə dair bildiriş gəlib. Onun 8 sentyabr, 07:35 radələrində Bakı-Quba yolunun 26-cı kilometrliyində #01CC605 dövlət qeydiyyat nişanlı avtomobillə maksimum sürət həddi 60 km/saat olan yolda 72 km/saat sürətlə hərəkət etdiyi, buna görə də İnzibati Xətalar Məcəlləsinin 328.1 maddəsi ilə 10 manat cərimə olunduğu qeyd olunub. Ancaq maraqlısı odur ki, elektron kabinetə qayda pozuntusunun sübutu kimi yerləşdirilən videogörüntüdə görünür ki, sürücü həmin radara bir neçə metr qalmış həyətdən çıxaraq asta sürətlə yola daxil olur. Hətta gözlə də açıq-aşkar görünür ki, bu qədər qısa zamanda və məsafədə 72 km/saat sürət həddi yığılmayıb. İnanırıq ki, burada mexaniki və ya texniki xəta baş verib və tezliklə aradan qaldırılıb protokola xitam veriləcək.

Bizimlə əlaqə saxlayın

birbank