25 
09
21
23:05
517

Motosiklet avtomobilə çırpılıb, yoxsa avtomobil motosikleti vurub? - VİDEO

25, 09, 21
23:05
517

Motosiklet avtomobilə çırpılıb, yoxsa avtomobil motosikleti vurub? - VİDEO

24 sentyabr tarixində Abşeron rayonu, Masazır qəsəbəsində #90ZH180 dövlət qeydiyyat nişanlı avtomobil və motosikletin iştirakı yol nəqliyyat hadisəsi baş verib. Təəssüf ki, motosiklet sürücüsü Abdullayev Məhəmməd Rasim oğlu hadisə yerində dünyasını dəyişib. Patrul.az olaraq mərhumun ailəsinin də dəvəti ilə onların ünvanına yollandıq. Mərhumun ünvanına həmrəylik üçün bir çox motosiklet sürücüsü də gəlmişdi. Atası Abdullayev Rasim və dostlarının ən böyük şikayəti hadisə zamanı ora gələn xəbər kanallarının, qərəzli mövqe nümayiş etdirməsidir. Xəbər kanalları hadisə haqqında məlumat verərkən motosikletin avtomobilə çırpılması kimi təqdim edib və motosikletin yüksək sürətlə gəldiyini bildirib. Görəsən əlində heç bir görüntü, sübut olmayan bir xəbər portalının bunu iki nəqliyyat vasitəsinin qəzası kimi, yaxud avtomobilin motosikleti vurması kimi yox, motosikletin yüksək sürətlə avtomobilə çırpılması kimi təqdim etməkdə marağı nə olub? Hadisəyə qeyri-peşəkar yanaşma, yoxsa digər səbəblər? Hətta hadisə şahidlərinin belə dediklərini bildirsələr belə reportajda heç bir şahid danışdırıbmayıblar. Avtomobil sürücüsü isə bildirib ki, o sola dönərkən heç bir işığı yanmayan motosiklet yüksək sürətlə gəlib onun avtomobilinə çırpılıb. Motosiklet sürücüsünün ölümünə səbəb kimi isə onun motosikleti dəbilqəsiz idarə etdiyini bildirib. Lakin mərhumun ailəsi ətrafda olan obyektlərdən birinin təhlükəsizlik kamerasından hadisənin görüntüsünü əldə edib. Buyurun hadisəyə özünüz baxın. 

Belə yerdə deyirlər ki, insan səhv də edər, lap belə geri dönüşü mümkün olmayan səhv də edər, amma insan böhtan atmaz. Dünyasını dəyişən birinə böhtan atmaq isə heç bir çərçivəyə,  hesaba, kitaba sığmır. Videogörüntüdən də göründüyü kimi motosikletin işığı yanır. Sürücünün dəbilqəsi isə hadisə baş verən yerin bir neçə metrliyində düşüb. Qəzadan sonra isə motosikletin  sürət göstəricisi 45-50 km/saat arasında qırılıb. Həmin Əliağa Vahid küçəsində isə icazə verilən maksimum sürət həddi 60 km/saatdır. Yəni sürücü sürət həddini də aşmayıb. Mərhumun ailəsinə, dostlarına isə ən təsir edən məqam bu olub. Tutaq ki, motosiklet sürücüsünün ölümünə səbəb olan sürücü məsuliyyətdən yayınmaq üçün ilkin olaraq belə deyib, bəs niyə xəbər kanalları hadisəni araşdırmamış birtərəfli və qərəzli mövqe göstərib? Sonda yeganə oğlunu itirmiş ata və mərhumun dostları ölkə prezidentindən və Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan xahiş ediblər ki, bu hadisəni xüsusi nəzarətə götürsün və istintaqın ədalətli aparılmasına nəzarət etsin.

Bizimlə əlaqə saxlayın

birbank