25 
09
21
20:05
618

Şəhəri qatıb-qarışdıran sürücü həbs olunub - VİDEO

25, 09, 21
20:05
618

Şəhəri qatıb-qarışdıran sürücü həbs olunub - VİDEO

Patrul.az olaraq KİA markalı avtomobilin sürücüsünü qayda pozması və nəticədə polisin "saxla" əmrinə tabe olmaması səbəbi ilə yol polisi əməkdaşlarının həmin sürücünü məcbur olaraq süni tıxac yaratmaqla, sıxıb saxladığı haqda məlumat vermişdik. Artıq hadisə barədə rəsmi məlumat var.

BŞDYP idarəsinin mətbuatla əlaqələr şöbəsinin rəisi polis polkovniki Vaqif Əsədov bu barədə Patrul.az üçün xüsusi açıqlama verib. O, bildirdi ki, 1993-cü il təvəllüdlü Sadiq Hüseynovun idarə etdiyi #10FY521 dövlət qeydiyyat nişanlı KİA Cerato markalı avtomobillə 22 Sentyabr tarixində axşam radələrində şəhərin müxtəlif küçə və prospektlərində kobud qayda pozuntularına yol verdiyi, əhalinin dincliyinə və sakitliyinə nümayişkaranə şəkildə xələl gətirdiyi kameralar vasitəsilə müşahidə edilmişdir. Aidiyyatı üzrə əməkdaşlar yönləndirilmiş və sürücüyə "saxla" əmri verilmişdir. Lakin sürücü əmrə tabe olmayaraq hərəkəti davam etdirdiyi üçün yol polisi əməkdaşları süni tıxac yaratmaqla sürücünü saxlamağa nail olmuşdur. Sürücü aidiyyatı üzrə polis şöbəsinə təhvil verilib. Toplanmış materiallar isə məhkəməyə göndərilmişdir. Toplanmış materiallar əsasında sürücünün avtoxuliqanlıq etdiyi və polisin qanuni əmrinə tabe olmaması öz əksini tapmışdır. Nəticədə sürücü barəsində 20 sutka həbs və 1 illik sürücülük hüququndan məhdud etmə qərarı verilib.


Bizimlə əlaqə saxlayın

birbank