25 
09
21
18:52
451

Avtomobilləri vurub qaçan sürücü həbs olundu - VİDEO

25, 09, 21
18:52
451

Avtomobilləri vurub qaçan sürücü həbs olundu - VİDEO

Bakı Şəhəri Dövlət Yol Polisi idarəsinin mətbuatla əlaqələr şöbəsinin rəisi polis polkovniki Vaqif Əsədov Patrul.az üçün açıqlama verərək bildirib ki, ondan artıq sürücü onların avtomobilinin Volkswagen Passat markalı avtomobil tərəfindən qəsdən vurulub hadisə yerindən yayınması barədə idarəyə şikayət ünvanlayıb. Araşdırmalar və videogörüntülər nəticəsində məlum olub ki, sürücü 1993-cü il təvəllüdlü Cəbrayılzadə Kamran idarə etdiyi #50ED532 dövlət qeydiyyat nişanlı avtomobili ilə qəsdən avtomobilləri vurub və hadisə yerindən yayınıb. Əlavə olaraq Patrul.az olaraq həmin sürücünün 10 sentyabr tarixində Mustafa Sübhi küçəsində avtomobili geri verərək arxadakı avtomobili bir neçə dəfə qəsdən vurması barədə xəbər vermişdik. Həmin sürücünün şikayəti də materiala əlavə olunub. Vaqif Əsədov bildirdi ki, Daxili İşlər Nazirliyi artıq bu barədə rəsmi açıqlama verib və Cəbrayılzadə Kamran barədə cinayət işi açılıb.

Bizimlə əlaqə saxlayın

birbank