23 
09
21
14:16
225

"1 dəqiqəyə "uşaq düşürürəm" deyib, başqalarına maneə yaratmayın" - DYP

23, 09, 21
14:16
225

"1 dəqiqəyə "uşaq düşürürəm" deyib, başqalarına maneə yaratmayın" - DYP

"Səhər saatlarında övladlarını məktəbə gətirən valideynlərin avtomobillərini təhsil müəssisələrinin qarşısında saxlaması yollarda sıxlıq yaradır".

Bunu açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, xüsusilə pik saatlarda, təqribən 07:45-dən 08.15-ə qədər yaranan sıxlıqlar məhz təhsil müəssisələrinin qarşısından keçən, ümumi istifadədə olan yollarda zolaqlar üzrə cərgələnmə tələblərinin pozulması ilə əlaqəlidir.

Bölmə rəisi bildirib ki, valideynlər dayanma-durma qaydalarına riayət etməlidirlər: "1 dəqiqə deyib, "uşaq düşürürəm" düşüncəsi ilə digər hərəkət iştirakçılarına maneə yaratmasınlar".

Bizimlə əlaqə saxlayın

birbank