22 
09
21
14:09
199

Növbəti qayda pozanlar silsiləsi - VİDEO

22, 09, 21
14:09
199

Növbəti qayda pozanlar silsiləsi - VİDEO

Patrul.az qaynar xəttinə növbəti qayda pozan sürücülərin videogörüntüləri göndərilib. 

#99PR490 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 6 sentyabr,  16:37 radələrində svetoforun qırmızı işığında hərəkəti davam etdirib, daha sonra geriyə dönmə edərkən qarşıdan gələn avtomobillərin önünü kəsib. 

166 saylı marşrut xətt üzrə fəaliyyət göstərən  07011 BNA kodlu, #10TG770 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü  6 avqust,  17:30 radələrində Neftçilər metrostansiyasının qarşısındakı dairədə hərəkətdə olarkən dairədə hərəkət edən avtomobillərə yol verməyib və qəfil tormozlamaya səbəb olub. 

#99PG385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 5 sentyabr, 14:27 radələrində 1.3 xəttinin tələbini pozaraq tam olaraq əks yola çıxıb və svetoforun qırmızı işığında hərəkəti davam etdirib. #90HN498 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü də onun arxası ilə svetoforun qırmızı işığında hərəkəti davam etdirib. 

#99SY736 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 15 sentyabr,  12:02 radələrində Digah yolunda 1.1 nişanlanma xəttinin tələbini pozaraq tam olaraq əks yola çıxıb və axına qarşı hərəkət edib. 

#90UZ158 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü də 12:10 radələrində eyni yolda 1.1 xəttinin tələbini pozaraq qarşıdan gələn avtomobillərə təhlükə yaşadıb.

Bizimlə əlaqə saxlayın

birbank