15 
09
21
11:00
217

Dövlət Yol Yolisi Masallıda reyd keçirib - FOTO

15, 09, 21
11:00
217

Dövlət Yol Yolisi Masallıda reyd keçirib - FOTO

Masallı rayonunda avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

PATRUL.AZ xəbər verir ki, bu məqsədlə Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə növbəti reyd keçirilib.

Reyd zamanı sürücülərlə bir daha izahat işləri aparılıb və onların diqqətinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Reyd zamanı müəyyən olunmuş standartlara cavab verməyən avtonəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.




Bizimlə əlaqə saxlayın

birbank