31 
08
21
17:22
197

Azərbaycanda üç rayona yeni polis rəisi təyin edildi

31, 08, 21
17:22
197

Azərbaycanda üç rayona yeni polis rəisi təyin edildi

Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

PATRUL.AZ xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) rəisi Eldar İlyasov vəzifəsindən azad edilərək, Qusar Rayon Polis Şöbəsinə (RPŞ) rəis, Səbail RPİ-nin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq, Sabunçu RPİ-nə rəis təyin edilib.

Bundan başqa, Samux RPŞ-nin rəisi Polad Qarayev vəzifəsindən azad edilərək, Cəlilabad RPŞ-nə rəis təyin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti "Report”a faktı təsdiqləyib.

//Report

Bizimlə əlaqə saxlayın

birbank