27 
08
21
18:52
130

İnsanlara təhlükə yaşadan sürücünün aqibəti - VİDEO

27, 08, 21
18:52
130

İnsanlara təhlükə yaşadan sürücünün aqibəti - VİDEO

Patrul.az olaraq xəbər vermişdik ki, #99TX302 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü müxtəlif zamanlarda və küçələrdə avtomobilləri gah sağdan, gah soldan ötməklə, əks yola çıxıb öz zolağı ilə gələn avtomobillərə təhlükə yaşatmaqla, digər avtomobillərlə yarış keçirməklə və s. yol hərəkəti qaydalarını kobud şəkildə pozub və hələ bu azmış kimi onu tik-tok sosial şəbəkə hesabında paylaşmaqla təbliğatını aparıb.

Bakı Şəhəri Bas Dövlət Yol Polisi idarəsinin mətbuatla əlaqələr şöbəsinin rəisi polis polkovniki Vaqif Əsədov PATRUL.AZqaynar xətti ilə əlaqə saxlayıb bildirdi ki, xəbərdən sonra sürücü Paşayev Təbriz dərhal saxlanılıb, onun sosial şəbəkə hesabında paylaşdığı bütün videolar araşdırılmağa başlanılıb və Təhlükəsiz Şəhər kameraları vasitəsilə yoxlamalar, araşdırmalar başlanılıb. Araşdırma müddətində onun sürücülük vəsiqəsi idarədə saxlanılır, avtomobili isə duracağa yerləşdirilib. Araşdırmanın nəticəsi bitəndən sonra daha geniş məlumat veriləcək.  

Bir daha sürücüləri qaydalara əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyatına təhlükə yaşatmamağa,  belə halları paylaşıb təbliğatını aparmamağa səsləyirik.

Bizimlə əlaqə saxlayın

birbank