23 
08
21
18:50
194

Vaqif Əsədov: "Yol polisi bu halda qaydaları poza bilər" - VİDEO

23, 08, 21
18:50
194

Vaqif Əsədov: "Yol polisi bu halda qaydaları poza bilər" - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Bakıda yol polisinin qaydaları pozması ilə bağlı görüntülər yayılıb.

PATRUL.AZ xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun bildiyinə görə, yol hərəkəti haqqında qanunun tələbinə əsasən, hərəkət üstünlüyünə malik olan polis avtomobili, təcili tibbi yardım, yanğınsöndürən və s. digər nəqliyyat vasitələrinin sürücüləri zərurət yarandıqda təhlükəsizliyi təmin etmək şərti ilə yol hərəkəti haqqında qanunun tələbini poza bilər:

"Ona görə də bu gün yayılan görüntülər cəmiyyət arasında çaşqınlıq yaratmamalıdır. Araşdırma zamanı məlum olub ki, ərazidə kiçik bir yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olduğu üçün həmin ərazidə süni sıxlıq yaranmış, bu da həmin yol patrul avtomobilinin sürücüsünün bu cür hərəkət etməsinə səbəb olmuşdur".


//Unikal.org

Bizimlə əlaqə saxlayın

birbank