17 
08
21
16:51
207

Üzr istəmək əvəzinə avtomobilin qarşısını kəsdilər - VİDEO

17, 08, 21
16:51
207

Üzr istəmək əvəzinə avtomobilin qarşısını kəsdilər - VİDEO

İzləyicimiz PATRUL.AZ qaynar xəttinə videogörüntü göndərib bildirir ki, 7 avqust, 10:45 radələrində Yalama-Xudat yolu ilə hərəkət olarkən 90 km/saat sürət məhdudiyyəti olan yolda asta sürətlə, təxminən 20-30 km/saat sürətlə hərəkət edən seriyası videoda görünməyən 10 ilə başlayıb 032 ilə bitən dövlət qeydiyyat nişanlı Niva markalı avtomobilin sürücüsü qəfildən sola yerdəyişmə edib. İzləyicimiz qəzadan yayınmaq üçün sola yerdəyişmə edə bilib və siqnal verib. Daha sonra Nivanın sürücüsü yaxınlaşıb və o üzr istəmək əvəzinə özü və yanındakı sərnişin özünə haqq qazandırmağa başlayıb. Əkin sahələrinə nəzarət etdikləri üçün asta sürətlə hərəkət etdiklərini, "olub-olub" bildirərək avtomobilin qarşısını kəsib zorla avtomobilin qapısını açıb onu yerə düşürtmək istəyiblər. İzləyicimiz bu barədə 102 qaynar xəttinə şikayət bildirib və Xaçmaz rayonu , Yalama polis bölməsində yazılı ərizə ilə müraciət edib.

Bizimlə əlaqə saxlayın

birbank