17 
08
21
13:55
190

DİN-də vəkil Coşqun İsgəndərova polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi iddiaları araşdırılır

17, 08, 21
13:55
190

DİN-də vəkil Coşqun İsgəndərova polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi iddiaları araşdırılır

Şirvan Apellyasiya Məhkəməsində vəkil Coşqun İsgəndərova polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi ilə bağlı iddialar araşdırılır.

PATRUL.AZ xəbər verir ki, Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında deyib.

E.Hacıyev bildirib ki, vəkil C.İsgəndərovun aidiyyəti olmayan məhkəmə prosesi keçirilən zala daxil olması və münaqişəli vəziyyət yaratması ilə bağlı halların bütün təfərrüatları rayon prokurorluğu tərəfindən araşdırılır.

Eləcə də tərəflər arasında yaranan münaqişədə polis əməkdaşlarının vəkilə qarşı hər hansı hüquqazidd hərəkətlərinin olub-olmaması ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti yoxlama başlayıb. Araşdırma və yoxlamaların nəticəsindən asılı olaraq, iddialara hüquqi qiymət veriləcək.



 

Bizimlə əlaqə saxlayın

birbank