12 
08
21
12:31
226

Kürdəmirdə reyd keçirilib, sürücülər cərimələnib - FOTO

12, 08, 21
12:31
226

Kürdəmirdə reyd keçirilib, sürücülər cərimələnib - FOTO

Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi və atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan PATRUL.AZ-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı yol polisi inspektorları tərəfindən saxlanılan avtomobillərdən ixrac olan zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb. Normadan artıq tullantı ixrac etdiyi müəyyən edilən avtomobil sahibləri ilə izahedici söhbətlər aparılıb və qazların ixracının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb.


Tədbirlər zamanı standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.


Bizimlə əlaqə saxlayın

birbank