20 
12
19
17:17
287

Vətəndaş: "YPX əməkdaşı üç gün sonra qanunsuz protokol tərtib etdi" - FOTO

20, 12, 19
17:17
287

Vətəndaş: "YPX əməkdaşı üç gün sonra qanunsuz protokol tərtib etdi" - FOTO

Bakının Yasamal rayonu ərazisində 99-YP-345 dövlət qeydiyyatlı Yol Patrul Xidməti avtomobilində xidmət aparan YPX əməkdaşı inspektor Şükür, 09.12.2019 tarixində 10-OD-280 Dövlət qeydiyyat nömrəli Vaz 2106 markalı avtomobilimin ön hissəsinin əlavə avadanlıqlarla qaldırıldığı bildirilərək DYP-ə aid 16 saylı (Qurd qapısı yaxınlığında) müvəqqəti dayanacağa aparıb. 

Sürücü Press.az-a bildirib ki, avtomobilin ön hissəsində heç bir əlavə avadanlıqdan istifadə edilməyib və avtomobilin müvəqqəti dayanacağa aparılması üçün heç bir qayda pozuntusu olmayıb. DYP əməkdaşı əlavə olaraq heç bir protokol tərtib etmədən əsassız olaraq avtomobili müvəqqəti duracağa yerləşdirib.

Sürücü bu barədə Daxili İşlər Nazirinə elektron və teleqram formasında izahlı şikayət məktubu ünvanlayıb və hər iki şikayətinin qeydə alındığı ilə bağlı 12.12.2019 tarixində cavab məktubu alıb.

Sürücü qeyd edib ki, şikayət məktublarından sonra 13.12.2019 tarixində sistemə 10.12.2018tarixinə həmin qayda pozuntusu ilə əlaqədar cərimə rəsmi olaraq əlavə edilib. Lakin hazırda 2019 cu il olduğu nəzərə alınmayaraq avtomobil müvəqqəti duracağa salındıqdan 3 gün sonra, cərimə 1 il 1 gün əvvələ 10.12.2018 ci ilə qeydiyyata salınıb.

Bu olanlardan sonra vətəndaş DYP-nin baş idarəsinə 18.12.2019 tarixində yaxınlaşıb. İdarədən bildirilib ki, ünvanladığı şikayət və cərimədən xəbərdardırlar. Lakin araşdırma aparlımasının vacib olduğunu və qısa zamanda məlumat veriləcəyi qeyd edilib.

Məsələ ilə bağlı Press.az saytı ekspert Ərşad Hüseyinovla əlaqə saxlayıb. Ə. Hüseyinov bildirib ki, bu kimi hallarda avtomobil müvəqqəti duracağa aparılmamışdan öncə sənəd üzərində göstərilən göstəricilər sürücüyə təqdim edilməlidir:

"Bu kimi qayda pozuntusunu iddia edildikdə, sənəd göstərilməlidir ki, baxın qanunda budur, lakin sizdə qanuna uyğun deyil. Əyər qayda pozuntusu yerində sübut edilmirsə, bu artıq doğru deyil"- deyə Ə. Hüseyinov bildirib.

Şikayətçi şəxs bildirib ki, qısa zamanda bu barədə Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Qaralov Zakir Bəkir oğlunada şikayət məktubu ünvanlayacaq.

Sürücünün Press.az-a müvəqqəti dayanacaqdan göndərdiyi şəkilləri sizlərə təqdim edirik.

patrul.az






Bizimlə əlaqə saxlayın

birbank