20 
12
19
15:26
355

Bu küçədə sürücülərə "göyə uçmağı" əmr edən nişan var - FOTO

20, 12, 19
15:26
355

Bu küçədə sürücülərə "göyə uçmağı" əmr edən nişan var - FOTO

Bakıdakı bu yol nişanı sürücüləri çaşdırır.

patrul.az xəbər verir ki, paytaxtın Mir Cəlal küçəsində (“Fovarit” marketin yanı) quraşdırılan yol nişanı standartlara uyğun deyil. Belə ki, yaxınlıqdan keçən qaz borusunun üstünə qaynaq edilmiş dəmirə iki nişan eyni anda qoyulub. “STOP” nişanının arxasına bərkidilmiş və sağa dönməni göstərən nişan isə sağ əvəzinə yuxarını göstərir. Görünən odur ki, bu nişanı quraşdıranlar sürücülərə göyə uçmağı əmr edirlər.
Qeyd edək ki, nişanın qaz borusuna bərkidilməsi, eyni zamanda iki nişanın bir yerdə olması da qaydalara ziddir. 

Fotonu Avtosfer.az-a göndərən sürücü deyir ki, artıq uzun illərdir ki, burada analoji mənzərə yaşanır. Yəqin ki, Bakı Nəqliyyat Agentliyi göstərilən ərazidə bu problemi aradan qaldırar.

Bizimlə əlaqə saxlayın

birbank