13 
05
21
12:43
391

Növbəti qayda pozanlar silsiləsi - VİDEO

13, 05, 21
12:43
391

Növbəti qayda pozanlar silsiləsi - VİDEO

Ölkənin müxtəlif ərazilərində qayda pozan sürücülərin videogörüntüləri PATRUL.AZ qaynar xəttinə göndərilib.

3 may, 14:40 radələrində #90KF127 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1.3 xəttinin tələbini pozaraq Yavər Əliyev küçəsində əks yola çıxıb. Yaxşı ki, görüntünü göndərən sürücü son anda qəzadan yayına bilir. 

4 aprel, 10:53 radələrində hərəkət edən #10AS397 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə yolayrıcını keçmə qaydasını pozur. 

5 may, 13:13 radələrində hərəkət edən #10TX554 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü birbaşa ikinci zolaqdan sağa dönür və bu zaman sağ zolaqdakı avtomobilə təhlükə yaşadır.

6 may, 15:25 radələrində hərəkət edən #99RD123 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə birtərəfli yolda hərəkətin əksinə çıxıb. 

7 may, 18:47 radələrində hərəkət edən #99LB366 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sanki zolaqlar üzrə yerdəyişmə qaydalarındən xəbəri yoxdur. Zolağı dəyişərkən öz zolağı ilə gələn avtomobilə təhlükə yaşatmağı azmış kimi narazılıq da bildirib. 

6 may, 19:46 radələrində hərəkət edən #90FS098 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hərəkətə başlayarkən bir başa yola çıxır və hərəkətdə olan avtomobilə təhlükə yaşadır.

5 may, 17:50 radələrində hərəkət edən #10VD190 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü üçün isə svetoforun qırmızı işığı da yaşıl kimi olub.

8 may, 15:24 radələrində hərəkət edən #90VY635 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolayrıcını keçmə qaydasını pozub.

8 may, 15:27 radələrində hərəkət edən #99RM218 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə svetoforun qırmızı işığında məhəl qoymayıb.

Bizimlə əlaqə saxlayın

birbank