13 
05
21
12:19
142

Ağstafa polisi şəhid ailələrinə bayram sovqatları paylayıb - FOTO

13, 05, 21
12:19
142

Ağstafa polisi şəhid ailələrinə bayram sovqatları paylayıb - FOTO

Ağstafa polisi şəhid ailələrinə bayram sovqatları paylayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan PATRUL.AZ-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları Ramazan bayramı münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhid ailələrini ziyarət ediblər.
Ziyarət zamanı polis əməkdaşları şəhid ailələrini bayram münasibətilə təbrik edib, onların gündəlik qayğıları ilə maraqlanıblar. Şəhid ailələrinə ərzaq yardımı edilib və hədiyyələr təqdim olunub.

Görüşdə bildirilib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Dövlətimizin başçısı tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.


Bizimlə əlaqə saxlayın

birbank