24 
04
21
23:56
322

Növbəti qayda pozan sürücülər silsiləsi - VİDEO

24, 04, 21
23:56
322

Növbəti qayda pozan sürücülər silsiləsi - VİDEO

PATRUL.AZ qaynar xəttinə növbəti qayda pozan sürücülərin videogörüntüləri göndərilib.

22 aprel, 15:19 radələrində #99HD635 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü körpünün üzərində təhlükəli yerdəyişmələr edir, yol boyu bir neçə avtomobilə təhlükə yaşadır, onların narahatçılığına səbəb olur. Təbii ki, bu yerdəyişmələr zamanı dönmə işıqlarından da istifadə etmir.

#99SN925 dövlət qeydiyyat nişanlı beton daşıyan yük avtomobilinin sürücüsü isə sanki yollara düşmən kəsilib. Yolboyu hələ bərkiməmiş halda olan beton onun avtomobilindən asfalta tökülür. Həmin beton bərkiyindən sonra nə vəziyyət yaranacağı hər kəsə məlumdur.

22 aprel, 15:47 radələrində Masazır qəsəbəsində hərəkətdə olan #10ME102 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə isə nə STOP nişanının, nə də əsas yoldan gələn, onun yol verməli olduğu avtomobillərin heç bir əhəmiyyəti yoxdur. Görünür ki, ona cərimə yazılmayacağına arxayındır.

Görünən odur ki, 21 aprel, 23:38 radələrində Binə qəsəbəsində hərəkətdə olan #90HF884 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə də svetoforun qırmızı işığı da yaşılla eyni olub. 

21 aprel, 15:37 radələrində digər hərəkət iştirakçılarının svetoforun qırmızı işığında gözlədiyi zaman #90VH045 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1.3 xəttinin tələbini tam olaraq pozub və axına qarşı hərəkət edib.

#99SD823 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə sanki yan güzgülərdən, dönmə işığından xəbəri yoxdur. Onun qəfil zolaq dəyişməsi arxadan gələn avtomobillə qəzaya səbəb olacaqdı. Yaxşı ki, əks yoldan avtomobil gəlmirdi və arxadan gələn sürücü qəzadan yayına bildi.

İnanırıq ki, dövlət yol polisi rəsmiləri bu sürücülər barədə qanunamüvafiq tədbirlər görəcək.

Bizimlə əlaqə saxlayın

birbank