20 
12
19
11:41
425

İki dəqiqə səbri çatmayan sürücülər "protiv" gedir - VİDEO

20, 12, 19
11:41
425

İki dəqiqə səbri çatmayan sürücülər "protiv" gedir - VİDEO

Bakıda qayda pozan iki sürücü kameraya düşüb.

patrul.az, Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə dekabr ayının 19-u Binəqədi rayonu ərazisində baş verib. Belə ki, “Azadlıq” metrosundan şəhər istiqamətində (115 saylı məktəbin qarşısı) 90-UB-326 dövlət nömrə nişanlı, “AzSamand” markalı və 90-US-068 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobillərin sürücüləri qoşa xəttin tələbini pozaraq əks istiqamətdə hərəkət ediblər. Bununla da İnzibati Xətalar Məcəlləsinin 327.4 -cü maddəsinin tələblərini kobud şəkildə pozublar. Hər iki sürücü barəsində 100 manat və 4 cərimə balı tətbiq edilməlidir. Ümid edirik ki, Dövlət Yol Polisi bu sürücüləri aşkar edərək cərimələnəcək.

Qeyd edək ki, videogörüntünü çəkən digər sürücü aidiyyəti üzrə DYP rəhbərinə rəsmi şikayət ərizəsi ünvanlayıb.

 

Bizimlə əlaqə saxlayın

birbank