19 
12
19
17:52
326

DİN Yevlaxda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

19, 12, 19
17:52
326

DİN Yevlaxda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) dekabrın 18-də Yevlaxda baş verən qəza ilə bağlı məlumat yayıb.

DİN-dən APA-ya verilən məlumata görə, dekabrın 18-də saat 18 radələrində Yevlax rayonunun Qaraməmmədli kəndi ərazisində Gəncə şəhər sakini T.Nəbizadənin idarə etdiyi “Hyundai” markalı yük avtomobili ilə Goranboy rayon sakini  Elman Musəvinin idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə E.Musəvi və sərnişinləri - Goranboy rayon sakini Cəlal Rüstəmov və Yevlax rayon sakini İlqar Namazov hadisə yerində ölüb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank