19 
12
19
12:21
266

Ötən gün yol qəzalarında 5 nəfər ölüb

19, 12, 19
12:21
266

Ötən gün yol qəzalarında 5 nəfər ölüb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən patrul.az-a verilən məlumata görə, dekabr ayının 18-də törədilən 31 cinayətin üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 40 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Bizimlə əlaqə saxlayın

birbank