18 
12
19
11:36
302

Xırdalan “blokada”dan nə vaxt çıxacaq? - VİDEO

18, 12, 19
11:36
302

Xırdalan “blokada”dan nə vaxt çıxacaq? - VİDEO

Sıxlıq, xaos, dağılmış yollar və yollarda əziyyət çəkən insanlar.  

patrul.az, Baku TV-yə istinadən xəbər verir ki, söhbət bu sözlərin ən çox işlətdiyi Xırdalandan gedir, daha dəqiq desək, Xırdalan şəhərindən. 

Artıq illərdir ki, Xırdalanın adı vətəndaşların çoxsaylı şikayətləri ilə yanaşı səslənir. 

Biz də hazırki vəziyyətlə maraqlanmaq üçün şəhərin əsas prospekt və yollarında olduq.  

Müşahidə etdiyimiz mənzərə isə elə illər əvvəl necə idisə yenə də elə oldu. Yenə də yollar bərbad vəziyyətdədir. Əsas prospektlərdə güclü avtomobil sıxlığı müşahidə olunur. Sakinlər də artıq burda yaşamağın mümkünsüz olduğunu deyirlər. Onların sözlərinə görə, yolların vəziyyəti ilə əlaqədar uşaqlar məktəbə də rahat gedə bilmirlər.  

Dəyişən isə bir şey var, illər əvvəlkindən fərqli olaraq artıq şəhərdə insanların sayı artıb, gediş gəliş çoxalıb. Məsələn, 10 il əvvəl Xırdalanda 250 minə yaxın insan yaşayırdısa, indi bu rəqəm iki dəfə artaraq yarım milyon olub.  

Şəhərin böyüklüyünü və vətəndaşların sayını nəzərə alaraq vaxtaşırı olaraq ölkə prezidenti tərəfindən Xırdalana kifayət qədər vəsait də ayrılır. Təkcə son 20 gün ərzində dövlət başçısının sərəncamı ilə şəhərin yol infrastrukturu üçün 7 milyona yaxın pul ayrılıb.  

Azərbaycan Avtomobil Yolları Agentliyi isə vəziyyətin düzələcəyini deyir. Biz isə ümüd edirik ki, Xırdalanda vəziyyətin düzəlməsi daha bir neçə il vaxt aparmayacaq.  

 

Bizimlə əlaqə saxlayın

birbank