16 
12
19
17:04
371

Bakı-Sumqayıt yolunda yaranan xaosa nə vaxt son qoyulacaq? - VİDEO

16, 12, 19
17:04
371

Bakı-Sumqayıt yolunda yaranan xaosa nə vaxt son qoyulacaq? - VİDEO

Bakı-Sumqayıt yolunda yaranan tıxacdan uzun müddətdir ki, narazılıq var. Sürücülər hər gün eyni mənzərə ilə qarşılaşır. Lakin tıxacın nəyə görə yarndığı analiz edimir. 

Avtosfer.az-ın araşdırmasına görə, tıxacın başlıca səbəblərindən biri də sürücülərin zolaqlar üzrə düzgün yerləşməməsidir. Həmin yolun 3 zolaq olan hissəsində sürücülər 6 zolaq üzrə hərəkət edərək sıxlıq yaradırlar. 

Üzü şəhər istiqamətində hərəkət edərkən 6 zolaqlı yolun sol tərəfdən 3 zolağı düzünə - şəhər istiqamətinə, digər 3 zolaq isə sağa-avtovağzal istiqamətinə təşkil edilib. Sürücüləri məlumatlandırmaq üçün öncədən zolaqlarda hərəkət istiqamətini bildirən 5.8.1 nişanları da təmin edilib. Lakin sürücülər həm bu nişanın, həm də asfaltın üzərinə çəkilmiş 1.11 nişanlanma xəttinin tələbini pozaraq sağdan sola manevr edib tıxac yaradırlar. Həmin ərazidən çəkilmiş videogörüntü də buna sübutdur. Aydın şəkildə görünür ki, yolun 6 zolaq olan hissəsində hərəkət dayanıb. Lakin 1.11 xətti bitib 3 zolağa keçən hissədə heç bir tıxac yoxdur. Buradan sual yaranır: “Nəyə görə 6 zolaq olan yolda hərəkət dayanır, amma 3 zolaq olan yolda sərbəst hərəkət var”?

Ekologiya postunun əməkdaşları həmin ərazidə sürücülərə qarşı heç bir tədbir görmədiyi üçün sürücülər bu nəzarətsizlikdən sui-istifadə edib qaydaları pozurlar. Nəticədə isə yüzlərlə sürücü bundan əziyyət çəkir. 

Qeyd edək ki, ərazidə təhlükəsiz şəhər kameraları da quraşdırılıb. Həmin xüsusi texniki vasitələrlə də sürücülər elektron qaydada cərimələnə bilər. 

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank