16 
12
19
15:14
530

Bakıda "miqalkalı" taksi sürücüsü peyda olub - VİDEO

16, 12, 19
15:14
530

Bakıda "miqalkalı" taksi sürücüsü peyda olub - VİDEO

Bakıda qaydaları kobud şəkildə pozan sürücünün görüntüləri digər avtomobildəki kameraya düşüb.

patrul.az, Avtosfer.az-a istinadən xəbər verir ki, dekabrın 16-da paytaxtın Ziya Bünyadov prospektində hərəkətdə olan 99-XF-948 qeydiyyat nişanlı "Daewoo Gentra" markalı avtomobilin sürücüsü sutkanın qaranlıq vaxtı faraların yaxın işıqlarını söndürərək duman farası ilə hərəkət edib. Sürücü avtomobilinə qanunsuz quraşdırmış göy və qırmızı sayrışan işıq siqnallarından da istifadə edib. Görüntüləri qeydə alan sürücü qayda pozan sürücüyə yaxın işıqları yandırmadığına görə irad bildirdikdə o, "yaxşı edirəm" deyərək fikrini bildirib.

Yaxın işıqları söndürüb duman farası ilə avtomobil idarə edən sürücülərlə tez-tez rastlaşmaq olur. Qeyd edək ki, bu cür hərəkət etmək təhlükəlidir. Çünki duman faraları yaxın məsafəni işıqlandırdığı üçün uzaqda olan maneələr görünməz olur. Sürücü vaxtında reaksiya verib maneədən yayınana kimi qəza baş verə bilər. 

Sürücünün quraşdırdığı göy və qırmızı sayrışan işıqlar operativ nəqliyyat vasitələrinə aid olduğu üçün bu işıqların digər avtomobillərə quraşdırılıması qanunsuzdur.

 

Bizimlə əlaqə saxlayın

birbank