16 
12
19
14:01
480

Polis yol istədi, sürücü panikaya düşüb onu çaşdırdı - VİDEO

16, 12, 19
14:01
480

Polis yol istədi, sürücü panikaya düşüb onu çaşdırdı - VİDEO

Operativ nəqliyyat vasitələri sayrışan işıq siqnalını və xüsusi səs siqnalını qoşan zaman digər avtomobil sürücüləri onlara yol verməlidir. Bəzən sürücülər onlara yol vermir və yaxud necə yol verəcəklərini bilmirlər.

Avtosfer.az xəbər verir ki, Bakı-Sumqayıt yolunda hərəkət edən Yol Patrul Xidməti avtomobili, sayrışan işıqları və xüsusi səs siqnalını qoşaraq səsgücləndirici ilə sürücülərdən yol verməyi tələb etsə də, sürücülərdən bir neçəsi panikaya düşüb. Onlar gah sağa, gah da sola manevr edərək polisi çaşdırıblar.

Bu cür hallarda xüsusi səs siqnalını eşidən zaman dərhal arxanı göstərən güzgülərdən istifadə edərək operativ nəqliyyat vasitəsinin hansı zolaqla hərəkət etməsinə baxmaq lazımdır. Həmin nəqliyyat vasitəsi əgər sizin hərəkət etdiyiniz zolaqla hərəkət edirsə, siz müvafiq istiqamətə dönmə işığını yandıraraq ya sağa, ya da sola çəkilərək yol verməlisiniz. 

patrul.az

 

Bizimlə əlaqə saxlayın

birbank