13 
12
19
16:12
256

Yarpaqlar da yol qəzasına səbəb ola bilər

13, 12, 19
16:12
256

Yarpaqlar da yol qəzasına səbəb ola bilər

Payızın sonu olduğundan belə yağışda ağacların yarpaqları da islanaraq kütləvi şəkildə yerə tökülür. Yaş asfaltın üstündə çürüməyə hazır çoxlu yarpaqlar isə avtomobilinizin təkərlərinin asfaltla ilişməsini ciddi surətdə pisləşdirir. Ona görə də istər şəhər küçələrində, istərsə də kənar yollarda yarpaq tökülən yerlərdən keçərkən hərəkət sürətinə diqqət edin, sərt tormozlamaya və başqa sərt manevrlərə yol verməyin. Ciddi qəza şəraiti yarana bilər.

Ümumiyyətlə, asfalt üzərindəki istənilən biokütlə (yerə tökülmüş meyvələr, yarpaqlar, mal-qara peyini, çoxlu sayda qurbağa və ya həşaratlar və s.) sürüşmə effekti verməklə təhlükəli ola bilər. Belə yerlərdən keçəndə diqqətli olun.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank