13 
12
19
11:54
369

Burada qayda pozanları cərimə etmirlər? - Sürücü belə deyir - VİDEO

13, 12, 19
11:54
369

Burada qayda pozanları cərimə etmirlər? - Sürücü belə deyir - VİDEO

Bakının 20 yanvar kimi tanınan ərazisində taksi sürücülərinin qayda pozntuları, yolun hərəkət hissəsində avtomobil saxlayaraq yolu bağlaması adi hal alıb.

patrul.az, Avtosfer.az-a istinadən xəbər verir ki, dəfələrlə bu ərazidə reydlər həyata keçirilsə də təssüf ki, sürücülər yenidən qayda pozuntularına davam edirlər. Bu dəfə özü qaydaları pozaraq digərlərini də buna məcbur edən sürücü kameraya düşüb. Belə ki, 90 KC 206 dövlət nömrə nişanlı avtomobilin sürücüsü cəmi iki zolağı olan yolun hərəkət hissəsində saxlayıb maşından düşür.

Digər ürücülərdən biri 1.1 xəttinin tələblərini pozaraq yoluna davam etməyə məcbur olur. Lakin videonu qeydə alan sürücü irad bildirərək burada maşın saxlamağın qadağan olduğunu və buna görə qayda pozmayacağını deyir. Sürücünün cavabı isə qəribə olur. "Burda belə şey yoxdur. Cərimə yazmırlar." Sürücünün iddasına görı burada 1.1 xətti artıq qüvvədən düşüb. Görünən odur ki, qayda pozan sürücülər buna adət etdikləri üçün qanunları da özlərinə uyğun "dəyişiblər."

Görüntüləri təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

birbank