13 
12
19
11:15
1 333

Məktəblilər Yol Hərəkəti Qaydaları haqqında tədbir keçirdi

13, 12, 19
11:15
1 333

Məktəblilər Yol Hərəkəti Qaydaları haqqında tədbir keçirdi

9 dekabr tarixində 125№-li tam orta məktəbin akt zalında III"c" sinfinin iştirakı və sinif müəllimi Həmdullayeva Vüsalənin təşkilatçılığı ilə "Yol Hərəkət Qaydaları" başlığı altında tədbir keçirilmişdir. Tədbirdə şagirdlər bir-birindən gözəl şeir, mahnı, rəqs və səhnəcik nümunələri göstəriblər.

Onlar tədbir iştirakçılarına yol nişanları haqqında ətraflı məlumat verib və onları nişanlarla tanış etdiblər. Tədbirdə həmçinin işıqfora aid əl işləri də nümayiş olunub. Məktəbin direktoru Zeynəb Əliyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Zabitə İbrahimova tədbir haqqında öz təəsüratlarını bölüşüblər.

patrul.az

 

Bizimlə əlaqə saxlayın

birbank