17 
04
20
11:07
384

Təyyarə avtomobil yoluna endi - VİDEO

17, 04, 20
11:07
384

Təyyarə avtomobil yoluna endi - VİDEO

Kanadada yüngül mühərrikli təyyarə Kvebek-Siti (Kvebek əyaləti) şəhəri yaxınlığında avtomobil yollarından birinə məcburi eniş edib.

patrul.az xəbər verir ki, bu barədə CBC telekanalı bildirib.

Polisin məlumatına görə, yerli aeroportdan bir neçə kilometr məsafədə “Piper PA-28 Cherokee” təyyarəsində problemlər yaranıb. Bu zaman pilot təyyarəni ən yaxın yola endirmək barədə qərar qəbul edib. Eniş uğurlu nəticələnib. Çünki bu zaman şosedə avtomobil az olub.

Hadisə nəticəsində heç kim xəsarət almayıb, amma şosenin bir hərəkət istiqaməti təxminən bir saat ərzində bağlanıb. Bu vaxt ərzində yanğınsöndürənlər və təxliyyə maşını təyyarəni yoldan kənara çəkiblər.

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır. 

İstinad edildi: Report

Bizimlə əlaqə saxlayın

birbank