28 
02
20
23:00
274

Rusiya küçələrinə Əqrəb adlı robot patrul nəzarət edəcək?

28, 02, 20
23:00
274

Rusiya küçələrinə Əqrəb adlı robot patrul nəzarət edəcək?

Kiberpank olduqca yaxınlaşır. Tezliklə o, şəhərlərin küçələrinə də nəzarət edəcək.
 
Promobot şirkəti istehsal prosesinə və şəhərin küçələrinə nəzarət edəcək yeni robot patrul – Əqrəb-i təqdim edib.
 
patrul.az xəbər verir ki, bu haqda şirkətin mətbuat xidməti məlumat yayıb.
 
Məlumata görə, Əqrəb-də üztanıma və naviqasiya sistemi quraşdırılıb. Robo patrul sərbəst şəkildə pilləkəndə, eyni zamanda, qarlı, qumlu, çirkli və sulu ərazilərdə hərəkət edə bilir. Əqrəb xəritə, maneələrin qarşısını almaq üçün ultrasəs sensor, GPS və ya QLONASS üçün üç ölçülü lazer skanerdən istifadə edir. Robo patrul məsafədən idarə oluna bilər. Əqrəb sərbəst şəkildə də hərəkət edə bilir. 

Süni intellektli qurğunun çəkisi 110 kiloqram, hüdürlüyü 1,1 metr, uzunluğu 0,96 metr, eni isə 0,93 metr təşkil edir. O, saatda 10 kilometr qaça bilir.
 
Robot ətrafı təhlil etmə qabiliyyətinə malikdir və ondan təhlükəli situasiyalarda istifadə etmək mümkündür.
 
Hansısa bir hadisə baş versə,  polis gələnə qədər Əqrəb atəş də aça bilər. Bunun üçün robot ov tüfəngi ilə atəş açmağa imkan verən NEVOD sistemi ilə təchiz olunub.
 
Əqrəbin Rusiyada nə zaman istifadə olunacağı hələ ki, məlum deyil.

İstinad edildi: TED.az

Bizimlə əlaqə saxlayın

birbank