24 
02
20
21:00
598

Güzgüdə özünü görən oğrunun gülməli qaçış anı - VİDEO

24, 02, 20
21:00
598

Güzgüdə özünü görən oğrunun gülməli qaçış anı - VİDEO

Türkiyədə qeyri-adi oğurluq hadisəsi müşahidə kameraları tərəfindən qeydə alınıb.

patrul.az xəbər verir ki, səhər saatlarında oğurluq məqsədi ilə təlim mərkəzinə girən bir nəfər güzgüdə özünü görəndə təlaşa düşüb.

Bildirilir ki, hadisə “Antalya Atış Poliqonu”nda qeydə alınıb. Kadrlardan görünür ki, oğru pəncərəni qıraraq içəri keçib. O, dəhlizə doğru irəlilədiyi əsnada aynada özünü görərək qorxub, ardınca isə əynində hərbi geyim, eynək və başında dəbilqə olan maket əsgərlə qarşılaşanda panikaya düşərək sürətlə qaçıb.

Artıq hadisə ilə bağlı istintaqa başlanılıb.

İstinad edildi: Oxu.Az


Bizimlə əlaqə saxlayın

birbank