23 
02
20
09:41
549

“Drift şousu” qəza ilə bitdi - VİDEO

23, 02, 20
09:41
549

“Drift şousu” qəza ilə bitdi - VİDEO

Türkiyənin İstanbul şəhərində drift etmək istəyən sürücü qəzaya düşüb.

patrul.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Hadisə İstanbulun Pendik rayonunda baş verib. Sosial şəbəkələrdə yayılan video drift edən maşınlardan birində çəkilib.

Əvvəlcə videonu çəkən şəxsin əyləşdiyi maşın yağışlı havada yolda ziqzaqvari hərəkət edib. Videoda daha sonra arxadan gələn maşının da drift etməyə çalışdığı görünür. Lakin sürəti həddən artıq olan sürücü istəyinə nail olmayıb və qoruyucu baryerlərə çırpılıb.

İstinad edildi: Oxu.Az



Bizimlə əlaqə saxlayın

birbank