23 
02
20
00:00
513

Nigerdə hərbi əməliyyat: 120 terrorçu məhv edildi

23, 02, 20
00:00
513

Nigerdə hərbi əməliyyat: 120 terrorçu məhv edildi

Nigerin cənub-qərbində bu ölkənin və Fransa silahlı qüvvələrinin fevralın 1-dən başlayan birgə hərbi əməliyyatı zamanı 120 terrorçu məhv edilib.

patrul.az xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin məlumatında əməliyyatın Mali və Burkina Faso ilə sərhəd yaxınlığındakı Tillaberi bölgəsində keçirildiyi vurğulanıb.

Həmçinin silahlı qüvvələr partlayıcı qurğular yaratmaq üçün avadanlıq, bir neçə nəqliyyat vasitəsi ələ keçiriblər. Hərbçilər arasında itki qeydə alınmayıb.

Xatırladaq ki, eyni bölgədə 2017-ci ilin oktyabr ayında İŞİD terror qruplaşmasının regional bölməsinin silahlıları ABŞ və Nigerin birgə patrulunu “tələyə salmış”, 4 ABŞ xüsusi təyinatlısını və 4 nigerli hərbçini öldürmüşdü.

İstinad edildi: Dialoq.info

Bizimlə əlaqə saxlayın

birbank