17 
02
20
09:00
273

Ötən il qeydə alınan kibercinayətlərin sayı açıqlandı: REKORD GÖSTƏRİCİ

17, 02, 20
09:00
273

Ötən il qeydə alınan kibercinayətlərin sayı açıqlandı: REKORD GÖSTƏRİCİ

Federal Təhqiqat Bürosu (FBI) 2019-cu ildə kibercinayətlərin hesabatını açıqlayıb. Bildirilib ki, hücumlar nəticəsində hüquqi şəxslərə 3,5 milyard dollar zərər vurulub.

patrul.az xəbər verir ki, yayımlanan İnternet Cinayətləri Hesabatı ötən il haqqında şikayət edilən cinayət sayının rekord səviyyəyə çatdığını göstərir. 

Hesabatda vurğulanır ki, 2019-cu ildə 467 361 kibercinayət qeydə alınıb. Son 5 ildə edilən şikayət sayı 1,7 milyona çatıb. İllik zərər isə ümumilikdə 1,1 milyard dollardan 3,5 milyard dolara qalxıb. 

Bildirlir ki, təkcə şirkətlərarası elektron poçt yazışmalarına 23 775 kiberhücum qeydə alınıb. Bu hücumlar 1,7 milyard dollardan çox zərər vurub. 

Hesabata görə, fərdi istifadəçiləri hədəf alan proqramlar ötən il 8,9 milyard dollarlıq zərərə yol açıb. Bu rəqəm 2016-cı ildə qeydə alınan göstəricidən (2,4 milyard dollar) təxminən 4 dəfə çoxdur.

İstinad edildi: TED.az

Bizimlə əlaqə saxlayın

birbank