15 
02
20
18:32
216
yuxarı
Rahibə maşınla vurduğu uşaqları hadisə yerində qoyub qaçdı
Rahibə maşınla vurduğu uşaqları hadisə yerində qoyub qaçdı
33 yaşlı qadın avtomobilində iki qızı və onların anasını vurub, sonra isə yaralıları hadisə yerində qoyaraq, oradan uzaqlaşıb.
Avtomobilin sükanı arxasında həmin vaxt rahibə olub. Digər məlumatlarda onun keşiş arvadı olduğu bildirilir.
patrul.az xəbər verir ki, hadisə nəticəsində ana və uşaqları xəndəyə yıxılıb. Maşını sürən qadın isə onlara baxıb və evdə onu öz uşaqlarının gözlədiyini deyərək, çıxıb gedib.
Yaralılar başqa sakinlər tərəfindən xəstəxanaya çatdırılıb. Qadının 10 yaşında olan böyük qızının onurğa sütunu zədələnib. Bağçaya gedən balaca qız isə qəzadan yüngül travmalarla xilas olub.
Hadisə ilə bağlı tədqiqatlara başlanılıb.
İstinad edildi: Oxu.Az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək