11 
02
20
16:56
253

Arvadını 46 dəfə bıçaqlayıb öldürdü - FOTO

11, 02, 20
16:56
253

Arvadını 46 dəfə bıçaqlayıb öldürdü - FOTO

Türkiyənin Konya şəhərində bir şəxs arvadını bıçaqlayaraq öldürüb.

patrul.az xəbər verir ki, 40 yaşlı Bekir Erkol 37 yaşlı arvadı Tuba Erkola 46 bıçaq zərbəsi endirib.

Bildirilir ki, B.Erkol mütəmadi olaraq arvadı T.Erkolu döyürmüş. Bu səbəblə T.Erkol polisə müraciət edib və B.Erkol barəsində evdən uzaqlaşma qərarı verilib. Buna baxmayaraq, B.Erkol qadağadan dörd gün sonra yenidən qadının yaşadığı evə gedib və aralarında yaşanan mübahisə zamanı uşaqlarının gözü önündə onu bıçaqlayıb.

Yaralanan qadın qapıya doğru qaçıb, onların 9-13 yaş arası üç uşağı isə atalarına mane olmaq istəsə də, kişi qadını bıçaqlamaqda davam edib.

Sonra o, qadını ağır yaralı vəziyyətdə qoyub, iki oğlunu götürərək oradan uzaqlaşıb.

Hadisə yerinə çağırılan tibb işçiləri T.Erkolun öldüyünü bildiriblər. B.Erkol isə polisə zəng edərək təslim olub.

Hazırda məhkəmə prosesində şahidlərin dindirilməsi davam edir.

İstinad edildi: Oxu.Az



Bizimlə əlaqə saxlayın

birbank