07 
02
20
16:36
253

Qırmızıdan keçən polis maşınına taksi çırpıldı: 1 məhbus xəsarət alıb - VİDEO

07, 02, 20
16:36
253

Qırmızıdan keçən polis maşınına taksi çırpıldı: 1 məhbus xəsarət alıb - VİDEO

Rusiyanın Voronej şəhərində taksinin polis maşını ilə toqquşma görüntüləri təhlükəsizlik kamerasına düşüb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident Kolçovsk küçəsində qeydə alınıb.

Kadrlarda, həbs olunan məhbusları daşıyan polis maşınının sürətlə hərəkətdə olduğu və svetoforun yaşıl işığına çatmayaraq qırmızıdan keçdiyi görülür. Elə həmin anda digər yoldan hərəkətə gələn minik avtomobili polis avtomobilini vurur. Zərbənin şiddətindən polis maşını havada uçaraq yanakı aşır.

Bildirilir ki, xüsusi maşında sürücü, 4 polis əməkdaşı və 3 məhbus olub.

Nəticədə məhbuslardan biri xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

İstinad edildi: Milli.Az

 

Bizimlə əlaqə saxlayın

birbank