14 
02
24
08:43
189

Bir neçə dəqiqəlik də olsa, dünyanın ən varlı adamı oldu

14, 02, 24
08:43
189

Bir neçə dəqiqəlik də olsa, dünyanın ən varlı adamı oldu

Rəqəmsal səhv ucbatından ABŞ-də yaşayan 56 yaşlı Kris Reynolds bir neçə dəqiqəlik də olsa dünyanın ən varlı adamı olmağı bacarıb.

Patrul.az xarici mənbəyə istinadən xəbər verir ki, Kris Reynolds 2013-cü ilin iyul ayının səhəri "PayPal" hesabını açanda orada düz 92 katrilyon dollar olduğunu görüb.

Qısa müddət ərzində o, "dünyanın ən varlı adamı"na, ən əsası isə "yeganə kvadrilyonçu"ya çevrilib. Lakin hər gözəl bir şeyin sonu olur. "PayPal" səhvini tez düzəldib və səbəb olduğu narahatçılığa görə Reynoldsdan üzr istəyib.

"Paypal" öz açıqlamasında: "Bu, açıq-aydın bir səhvdir və ümid edirik ki, cənab Reynolds bunu başa düşəcək"- deyə bildirib.

Onlayn ödəniş xidməti yaranan səngiməyə görə, xeyriyyə təşkilatına pul ödəməyi təklif edib. Bəs 56 yaşlı kişi o pula sahib olsaydı nə edərdi?

Reynolds, "Philadelphia Daily News"a verditi açıqlama ilə bu suala aydınlıq gətirib. Həmin məbləğ ilə ölkəsinin bütün borclarını ödyəcəyini deyən Reynolds peşəkar liqada yarışan beysbol komandası "Philadelphia Phillies"i alacağını deyib.

Bizimlə əlaqə saxlayın

birbank